İNTİHAR

“Boğazı kəsmək” mənasını verən intihar sözü”bir insanın öz canına qəsd edərək həyatına son qoyması”deməkdir. Qədim dövrlərdə insanlar dözülməz ağrılardan,dərdlərdən xilas olmaq üçün,yaxud da qəhrəmanlıq hislərinin təsiri ilə intihar edirdi. Çağdaş dünyamızda intihar halları ən inkişaf eləmiş toplumlarda belə geniş yayılmışdır. İnkişaf etmiş iqtisadiyyata malik Skandinaviya ölkələrində intihar hallarının sayı sürətlə artır. 1957 ci-ildə Los Ancelesdə aparılan araşdırmaların nəticəsinə görə intihara cəhd edənlərin 69%-i qadınlar,31%-i isə kişilər olmuşdur. İngiltərədə  ildə 60.000, Amerika Birləşmiş Ştatlarında isə 200.000 intihara cəhd halları qeydə alınır. Digər ölkələrdə də intihar hadisəsi get-gedə  artır. Bununla yanaşı, psixoloji problemlərin intihara səbəb olduğunu nəzərə almaq lazımdır. İntihara meyilli insanlarda aşağıdakı xüsusiyyətlər müşahidə olunur:

• Ailə və dostlarından uzaq qalmaq istəyir.

•Sevə- sevə və həvəslə gördüyü işlərdən bezir və sıxılır.

•Hər hərəkətinə görə təqsirkar olduğunu düşünür, qüsuru həmişə özündə görür və bunu həddən artıq böyüdür.

•Xüsusən,gənclərdə diqqət dağınıqlığı olur,tək qalmaq istəyirlər.

•Belə insanlar özləri üçün əhəmiyyətli olsa belə,dəyərli əşyalarını hədiyyə edib özlərindən uzaqlaşdırırlar.

Əsgərova Ayşən
+ Gönderiler
Paylaşım Yap

Bildiri

Ne düşünüyorsun?

3 Puan
Olumlu Oyla

Comments

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

JurnLaw | Dr. Öğretim Üyesi Ahmet AYAR – 23 Nisan Çocuk Hukuku |

YOKSULLUK NAFAKASI